Lüksemburq millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti müəyyənləşib
Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Lüksemburq yığmasının heyəti açıqlanıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, heyətdə qapıçılar - Tim Kips ("Düdelanj"), Anthoni Moris ("Union", Belçika), Ralf Şon ("Viltz"), müdafiəçilər - Dirk Karlson ("Karlsrue", Almaniya), Lars Gerson ("Norrçöpinq", İsveç), Tim Holl ("Jil Visente", Portuqaliya), Laoren Yans ("Mets", Fransa), Enes Mahmutoviç ("Lvov", Ukrayna), Kevin Malget ("Hesperingen"), Vahid Selimoviç (OFİ, Yunanıstan), yarımmüdafiəçilər - Leandro Barreyro, Florian Bohnert (hər ikisi "Mayns", Almaniya), Khristofer Martins ("Yanq Boyz", İsveçrə), Matias Olesen ("Köln", Almaniya), Danel Sinani ("Norviç", İngiltərə), Aldin Skenderoviç ("Proqress"), Olivye Till ("Ufa", Rusiya), Vinsen Till ("Mets", Fransa), hücumçular - Stefano Bensi ("Fola"), Alessio Kurçi ("Mayns", Almaniya), Mauritse Devill ("Saarbrüken", Almaniya), Edvin Muratoviç ("Düdelanj"), Gerson Rodriges ("Dinamo", Kiyev, Ukrayna) yer alıblar.

Azərbaycan-Lüksemburq oyunu sentyabrın 5-də, saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

Xəbər 726 dəfə oxundu.