“Neftçi” heyətinə yeni oyunçu cəlb edib
Bakının “Neftçi” futbol klubu heyətinə yeni oyunçu cəlb edib.

Bakı təmsilçisi Azərbaycanın U-21 millisinin üzvü İbrahim Qədirzadəni rənglərinə bağlayıb.

“Xəzər-Lənkəran”ın yetirməsi son olaraq aşağı liqa təmsilçisi “Zaqatala”da çıxış edib. İyirmi bir yaşlı yarımmüdafiəçi MOİK-lə divizion çempionluğu yaşayıb, “Qarabağ”ın U-19 komandasında UEFA Gənclər Liqasının iştirakçısı olub.

Xəbər 567 dəfə oxundu.