Formula 1 Türkiyə Qran-Prisinə hazırlıq başlayıb
Yenidən Formula 1 təqviminə salınan Türkiyə Qran-Prisinə hazırlıq başlayıb.

Artıq yarış trasında hazırlıq işlərinə start verilib. Qarşıda Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən bir neçə yoxlamanın aparılması planlaşdırılıb. Türkiyənin “İntercity Group” şirkətindən bildirilib ki, hər şey vaxtında hazır olacaq.

Formula 1 Türkiyə Qran-Prisi noyabrın 13-15-də “İstanbul Park”da təşkil olunacaq.

Qeyd edək ki, Türkiyədə ilk Formula 1 Qran-Prisi 2005-ci ildə keçirilib. Həmin mövsümdə Kimi Raykkonen qələbə qazanıb. Daha sonra ardıcıl üç dəfə Felipe Massa qalib gəlib. 2009-cu, 2010-cu və 2011-ci illərdə müvafiq olaraq Censon Batton, Luis Hamilton və Sebastian Fettel azarkeşlərini sevindiriblər. Türkiyə Qran-Prisi 2011-ci ildən etibarən keçirilməyib.

Xəbər 412 dəfə oxundu.