Formula 1 Rusiya Qran-Prisinin iştirakçıları üçün viza ödənişsiz olacaq
Rusiyanın Baş naziri Mixail Mişustin sentyabrın 24-27-də Soçidə keçiriləcək Formula 1 mərhələsinə hazırlıqla bağlı sərəncam imzalayıb.

Formula 1 Rusiya Qran-Prisində iştirak edənlər ödənişsiz vizalar almaqla bu ölkənin ərazisinə sərbəst daxil ola biləcəklər.

Bu prosedur avqustun 21-dən 31-dək etibarlıdır. Viza müraciətlərinə təşkilat komitəsi vasitəsilə baxılır. Sadələşdirilmiş rejim pilotlara, işçilərə, təşkilatçılara, fəxri qonaqlara və jurnalistlərə şamil olunur.

Xəbər 568 dəfə oxundu.