Qurban Tağıyev kişilərdən ibarət karate üzrə milli komandamızın baş məşqçisi təyin edilib
Azərbaycan Milli Karate Federasiyasından Azsport.az saytına verilən məlumata görə, bir müddət əvvəl federasiya ilə müqaviləsinin müddəti başa çatan Bahəddin Kandazı müvəqqəti əvəz edən Q.Tağıyev bu yeni təyinatla, həm də federasiyanın məşqçilər komitəsinin sədri sayılır. Artıq bir neçə ildir milli komandanın böyük məşqçisi olan Q.Tağıyev 5-ci dan qara kəmər sahibi olmaqla yanaşı, idmançı karyerasında dünya çempionatının ikincisi, komanda çıxışlarında Avropa çempionatının üçüncüsü, dünya kuboku yarışlarının isə dəfələrlə qalib və mükafatçısı olub.

Xəbər 625 dəfə oxundu.