Türkiyə Qran-Prisi yenidən Formula 1 təqviminə salınıb
Avqustun 25-də Formula 1 rəhbərliyi rəsmi olaraq cari mövsümün sonuncu dörd mərhələsinin vaxtını və yerini açıqlayıb. 9 ildən sonra Formula 1 Türkiyə Qran-Prisi noyabrın 13-15-də “İstanbul Park”da keçiriləcək. Hələlik yarışda tamaşaçıların iştirakı ilə bağlı heç bir açıqlama verilməyib.

Bundan əlavə, Formula 1 mövsümün son üç yarışını açıqlayıb. Bəhreyn Qran-Prisi noyabrın 27-29-na, Sahir Qran-Prisi isə dekabrın 4-6-na təsadüf edəcək. On yeddi mərhələdən ibarət dünya çempionatının final mərhələsinə dekabrın 11-13-də Əbu-Dabi yarışı ilə yekun vurulacaq.

Son açıqlamasında, Formula 1-in icraçı direktoru Çeyz Keri Türkiyə, Bəhreyn və Əbu-Dabidəki yarışların mövsümün təqviminə daxil edildiyini bildirib. “Bu il bütün dünya, eləcə də Formula 1 koronovirus pandemiyası səbəbindən çətinliklərlə qarşılaşıb. FİA-ya, komandalara, işçilərimizə və yarışa qayıtmağı təmin edən digər əsas tərəfdaşlarımıza minnətdarıq. Planlaşdırılan yarışlardan bir neçəsinə ev sahibliyi edə bilmədiyimiz üçün təəssüflənirik. Mövsümün başlanğıcının yaxşı keçdiyini söyləmək olar. Azarkeşləri həm ənənəvi, həm də yeni traslarda yarışlarla sevindirməyə davam edəcəyik”.

Qeyd edək ki, Türkiyədə ilk Formula 1 Qran-Prisi 2005-ci ildə keçirilib. Həmin mövsümdə Kimi Raykkonen qələbə qazanıb. Daha sonra ardıcıl üç dəfə Felipe Massa qalib gəlib. 2009-cu, 2010-cu və 2011-ci illərdə müvafiq olaraq Censon Batton, Luis Hamilton və Sebastian Fettel azarkeşlərini sevindiriblər.

Səkinə


Xəbər 559 dəfə oxundu.