“Səbail” klubu Kamran Ağayev ilə müqavilə imzalayıb
Futbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı Kamran Ağayevin klubsuz günləri başa çatıb. Təcrübəli qolkiper paytaxtın “Səbail” klubuna keçib.

Bakı təmsilçisi futbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, 34 yaşlı qapıçı 2018/2019-cu il mövsümündə “Keşlə”dən ayrıldıqdan sonra klubsuz qalmışdı.

Xəbər 572 dəfə oxundu.