Mateo Kovaçiç “Çelsi” klubunda mövsümün ən yaxşısı seçilib
İngiltərənin “Çelsi” klubu ötən mövsümün ən yaxşı futbolçusunun adını açıqlayıb.

Ən yaxşı futbolçu adına London təmsilçisinin xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiç layiq görülüb. O, klubun azarkeşləri arasında keçirilən səsvermə nəticəsində Kristian Pulişiçi və Olivye Jirunu qabaqlayıb.

Qeyd edək ki, Mateo Kovaçiç 2018-ci ildə “Real Madrid” klubundan icarə əsasında “Çelsi” komandasına transfer olub. Londonlular futbolçunu ötən mövsümün əvvəlində 45 milyon avroya satın alıb. “Zadəganlar”ın heyətində 47 oyun keçirən futbolçu 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 440 dəfə oxundu.