“Fənərbağça”nın daha bir futbolçusu koronavirusa yoluxub
Türkiyənin “Fənərbağça” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Adı açıqlanmayan əsas komandanın oyunçusunun testi müsbət nəticələnib. Futbolçunun evində karantinə alındığı bildirilib.

Qeyd edək ki, daha əvvəl İstanbul klubunun bir futbolçusu və iki işçisində də virus aşkarlanmışdı.

Xəbər 550 dəfə oxundu.