Bu gün “Bakı” Avroliqada mübarizəyə başlayır
“Bakı” 2 illik fasilədən sonra Avropa səhnəsinə qayıdır. İdman.com.az saytının məlumatına görə, Çempionlar Liqasında mərhələ adlayan “zolaqlılar” 2010-cu ildə olduğu kimi, Avroliqada sınaq qarşısındadır. Maraqlıdır ki, Azərbaycan kubokunun son qalibi rəqibi yenə bu titulla avrokuboklara vəsiqə qazanıb və yenə rəqibi keçmiş Yuqoslaviya təmsilçisidir. İki il öncə Çernoqoriyanın “Buduçnos” klubu ilə olduğu kimi, bu dəfə Sloveniyanın “Mura” komandası ilə ilk oyun Bakıdadır. Sadəcə, onda matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda yenidən qurma işlərinə görə bağlı olduğundan, oyun “Dalğa Arena”da keçiriləcək.

Bununla da həmin stadionda ilk dəfə avrokubok matçı keçiriləcək. Bu tarixi hadisəni reallaşdıracaq “Bakı” onu qələbə ilə qeyd etməklə, mərhələ adlamaq şansını artıracaq. Sloveniyalılarla matçda eyni zamanda “zolaqlılar”ı mövsümə titulla başa vurmasının əsas səbəbkarlarından olan Novruz Əzimovun avrokuboklarda baş məşqçi kimi debütü olacaq.

Avroliqa, I təsnifat mərhələsi
İlk oyunlar
5 iyul

21:00. “Bakı” (Azərbaycan) – “Mura” (Sloveniya)
Baş hakim: Sergey Dankovski
Hakim köməkçiləri: Yevgeni Xalamendik, Oleksandr Yakimenko
Ehtiyat hakim: Vitali Romanov
(Hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Oleq Çikun (Belarus)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Bakı. “Dalğa Arena” stadionu

Xəbər 1126 dəfə oxundu.