F-3: “Hitech GP” komandası Maks Fyutrell ilə əməkdaşlığı dayandırıb
Belçikada Formula 3-ün yeddinci mərhələsinin başlamasına bir neçə gün qalmış “Hitech GP” komandası Maks Fyutrell ilə əməkdaşlığı dayandırıb.

Komanda pilotla əməkdaşlığın dayandırılması səbəbini, eləcə də onu əvəz edəcək sürücünün adını açıqlamayıb. Bildirilib ki, qısa müddətdə bununla bağlı məlumat veriləcək.

Maraqlıdır ki, keçən həftə də Formula 3 komandasında dəyişiklik baş vermişdi. Belə ki, David Şumaxer “Charouz Racing” komandasını tərk etmişdi.

Bu mövsüm M.Fyutrellin ən yaxşı nəticəsi Avstriyada bazar günü keçirilən çempionatın ikinci mərhələsində yeddinci yer olub. Bundan sonra britaniyalı xal qazana bilməyib.

Xəbər 603 dəfə oxundu.