UEFA Super Kuboku matçında azarkeşlərin iştirakına icazə veriləcək
İspaniyanın “Sevilya” və Almaniyanın “Bavariya” klubları arasındakı UEFA Super Kuboku matçında azarkeşlərin iştirakına icazə veriləcək.

Bu barədə UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, fanatlar stadionun tutumunun 30 faizinədək doldura biləcəklər.

Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının finalında Fransanın PSJ klubunu 1:0 hesabı ilə üstələyib. “Sevilya” isə Avropa Liqasının final matçında İtaliyanın “İnter” klubundan üstün olub – 2:0.

Xəbər 626 dəfə oxundu.