Visente Qomes Azərbaycan Premyer Liqasında 57-ci legioner baş məşqçi olub
Bakının “Sabah” futbol klubunun baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasında debüt edib.

Bu, 2020-2021-ci il mövsümünün birinci turunun “Qarabağ”la səfər matçına təsadüf edib. İspaniyalının debütü 0:2 hesablı məğlubiyyətlə əlamətdar olub. Qomes ölkə çempionatları tarixinə 57-ci legioner baş məşqçi kimi düşüb. Cari mövsümün startına qədər 56 əcnəbi çempionatın güclülər dəstəsində iş başında olub. “Sabah”ın çalışdırıcısı bu siyahıya düşən 3-cü ispaniyalıdır. Onadək iki həmyerlisi Premyer Liqa həyəcanı yaşayıb. İspaniyalıların hər ikisi 2012-2013-cü il mövsümündə debüt edib. Karles Martorell Bakes çempionatın gedişində “Xəzər Lənkəran”ı 10 matça çıxarıb. Luis Araqon həmin mövsümün son 8 turunda “Qəbələ”nin əsas komandasına rəhbərlik edib.

Xəbər 718 dəfə oxundu.