Şahmat üzrə “kuboku” turnirinin qalibləri müəyyənləşib
Göygöl Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatı Gənclər Birliyi və Gənclərin Karyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 16-29 yaşlı oğlan və qızlar arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilib.

Turnirin nəticəsinə əsasən Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının Gənclər Birliyi könüllülər komandası qalib olub.

Xəbər 613 dəfə oxundu.