“Neftçi” “Styaua”ya qarşı
“Neftçi” klubun Avstriyada təlim-məşq toplanışında növbəti rəqibi müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, son Azərbaycan çempionu Rumıniyanın ən tanınmış klubu olan “Styaua” ilə qarşılaşacaq.

1986-cı ildə Çempionlar Kubokunu və Superkuboku qazanan ad-sanlı Buxarest təmsilçisi ilə qarşılaşma iyulun 7-də baş tutacaq. Həmin gün “Styaua” Bratislav “Slovan”ı ilə oynamalı olsa da, sonda slovakiyalılara “yox” deyən Buxarest klubu Böyükağa Hacıyevin yetirmələrini sınağa çəkməyi lazım bilib.

Xəbər 1076 dəfə oxundu.