Bakıda kata üzrə klublararası açıq turnir keçiriləcək
Avqustun 30-da Xətai rayonu M.Rüstəmov küçəsində yerləşən açıq stadionda şəhid general Polad Həşimovun xatirəsinə həsr olunmuş kata və komanda kata üzrə klublararası açıq turnir keçiriləcək.

Turnirin keçirilməsində əsas məqsəd torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək, böyüməkdə olan gənc nəslə onların şərəfli həyat yolunu təbliğ etməkdən ibarətdir.

Yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Milli Karate Federasiyası və “Arpaçay” klubunun birgə təşkilatçılığı ilə keçiriləcək.

Xəbər 624 dəfə oxundu.