“Bohum”un futbolçusu U-21 millimizə dəvət alıb
Almaniyanın ikinci bundesliqa təmsilçisi “Bohum”un futbolçusu Barış Əkinçiər U-21 millimizə dəvət alıb.

21 yaşlı yarımmüdafiəçi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa millisi ilə keçiriləcək oyun üçün yığmamıza çağırılıb.

Qeyd edək ki, Azərbaycan–Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

Xəbər 739 dəfə oxundu.