Kross qaçışı üzrə Bakı çempionatına yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçirilib.

Yarışda 93 idmançı (onlardan 34-ü qadın) mübarizə aparıb.

Qadınların yarışında Tutuxanım İsrafilova 1, Leyla Sadıqova 2, Lamiyə Vəliyeva 4, Anna Yusupova isə 6 kilometr məsafəyə qaçış yarışlarında birinci olublar. Kişilərin mübarizəsində 2 kilometr məsafəyə qaçışda Səid Səfərli qızıl medal qazanıb. Mahmud Mehdiyev 3, Əlhəm Nağəyev 6, Elman Abışov 10 kilometr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıblar. Veteranların yarışında Tapdıq Dadaşov və Elmir Əsgərov fərqləniblər.

İlk üç yeri tutan idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Xəbər 572 dəfə oxundu.