“Zirə” klubu “Qarabağ”ın qapıçısı ilə maraqlanır
Bakının “Zirə” klubu qapıçı problemini tezliklə həll etmək istəyir.

Qəsəbə təmsilçisi ilk olaraq “Neftçi”dən Səlahət Ağayevi heyətinə qatmaq istəsə də, bu, mümkün olmayıb.

Hazırda Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda isə “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyev ilə maraqlanır. Vaxtilə birlikdə oynadığı qapıçını öz klubuna gətirmək istəyən R.Sadıqov Ağdam təmsilçisi ilə danışıqlara başlayıb.

Əgər son çempion heyətinə yeni qapıçı cəlb etsə, o zaman Şahruddini “Zirə”yə icarəyə verəcək.

Xəbər 698 dəfə oxundu.