Aleksandr Aleksandrov olimpiadadan öncə dünya çempionatında çıxış edəcək
İyulun 11-də Litvanın Trakay şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürəcək. İdman.com.az saytının məlumatına görə, 5 gün davam edəcək nüfuzlu yarışda Azərbaycanı Aleksandr Aleksandrov təmsil edəcək.

22 yaşlı avarçəkənimiz 1-nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Belə qayıq tipində onun 27 rəqibi olacaq. Təmsilçimiz çempionata milli komandamızın məşqçisi Yuliana Stoyevanın rəhbərliyi altında yollanacaq. Bu, Aleksandrovun 2012-ci il London Yay olimpiya oyunları öncəsi son sınağı olacaq.

Proqrama əsasən, avarçəkənimiz mübarizəyə iyulun 12-də başlayacaq. Ertəsi gün1/4 final və təsəlli yürüşləri olacaq. Yarımfinallar iyulun 14-də, final yürüşü isə iyulun 15-də keçiriləcək.

Qeyd edək ki, Aleksandr Aleksandrov 2010-cu ildə Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.

Xəbər 1205 dəfə oxundu.