Tiaqo Silva “Çelsi” komandasına keçir
Fransanın “Paris Sen-Jermen” futbol klubundan ayrılan braziliyalı Tiaqo Silva İngiltərənin “Çelsi” komandasına keçməyə yaxındır.

London təmsilçisi artıq 35 yaşlı müdafiəçi ilə razılıq əldə edib. “Zadəganlar”ın braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2012-ci ildən Paris təmsilçisində çıxış edirdi.

Xəbər 777 dəfə oxundu.