“Keşlə” Rail Məlikovu transfer edib
Paytaxtın “Keşlə” futbol klubu növbəti transferini reallaşdırıb.

Bakı təmsilçisi son 4 ili “Sumqayıt”da keçirən Rail Məlikovu heyətinə qatıb. Onunla 2020-2021-ci il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, 34 yaşlı müdafiəçi daha öncə “Bakı”, “Neftçi”, “Qəbələ”, AZAL, həmçinin Türkiyənin "Denizlispor" klublarında çıxış edib.

Xəbər 564 dəfə oxundu.