Qəbələdə uşu üzrə açıq turnir keçiriləcək
Avqustun 28-31-də Qəbələ Olimpiya İdman Kompleksinin stadionunda Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərimizin əziz xatirəsinə həsr olunmuş uşu üzrə açıq turnir keçiriləcək.

Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə təşkil ediləcək. Turnirə yeniyetmələr və gənclər arasından 200-ə yaxın idmançı qatılacaq. Yarışda Bakı, Gəncə, İmişli, Göyçay, Ucar, Bərdə və Şəki klubları iştirak edəcəklər.


Xəbər 585 dəfə oxundu.