“Keşlə” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib
Bakının “Keşlə” futbol klubu Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Laçi” komandası ilə keçirəcəyi oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Heyətdə qapıçılar - Stanislav Namaşko, Kamal Bayramov, Əkbər Vəliyev, müdafiəçilər - Tural Axundov, Şəhriyar Əliyev, Ruslan Əmircanov, Miyusko Bojoviç, Tərlan Quliyev, Azər Salahlı, İlkin Qırtımov, Artur Batista de Souza, yarımmüdafiəçilər - Rəhman Hacıyev, Cavid İmamverdiyev, Vüsal İsgəndərli, Con Kamara, Dmitro Klyots, Rafael Məhərrəmli, Şahruh Qadoyev, Turan Vəlizadə, Seymur Əsədov, hücumçular - Aleksandr Kristovao və Silvio Junior yer alıblar.

Qeyd edək ki, avqustun 27-də ASK Arena” stadionunda keçiriləcək “Keşlə”-“Laçi” oyunu saat 21:00-da başlayacaq.

Xəbər 728 dəfə oxundu.