Formula E və “BMW” Berlinin tibb işçilərinə kömək ediblər
Bir həftə əvvəl Berlindəki Tempelhof aerodromunda keçirilən 6 mərhələ ilə Formula E-nin cari mövsümünə yekun vurulub.

Çempionatın final mərhələsində Formula E yerli tibb müəssisələri ilə, xüsusən də koronavirus pandemiyası ilə mübarizə aparan “Charite”, “Vivantes” və digər klinikalar ilə əməkdaşlıq edib.

Formula E “BMW”nin dəstəyi ilə Almaniya paytaxtının səhiyyə sisteminə 50 min tibbi maska bağışlayıb ki, bu da, şübhəsiz ki, Berlin həkimləri üçün faydalı olacaq.

Xəbər 610 dəfə oxundu.