Avropa Superkuboku harada keçiriləcək?
UEFA İcraiyyə komitəsinin Ukrayna paytaxtı Kiyevdə keçirilən toplantısında Avropa Superkuboku finalları ilə əlaqədar əhəmiyyətli qərarlar verildi.
Bu matçlar 2014-cü ildə Uels paytaxtı Kardiffdəki şəhər stadionunda, 2015-ci ildə isə Gürcüstan paytaxtı Tiflisdəki Mixail Mesxi adına stadionunda keçiriləcək. Bundan əlavə 2014-cü ildən etibarən FIFA tərəfindən təyin olunacaq yeni matç təqvimlərinə görə, Superkubok finalları avqustun ortalarında oynanacaq.

İdman.com.az saytının məlumatına görə, 2013-cü ildəki UEFA Superkuboku finalı isə avqustun 30-da Çex Respublikasının paytaxtı Praqada keçiriləcək.

Toplantıdan sonra brifinq keçirən UEFA Hakimlər komitəsinin rəhbəri Pyerluici Kollina, keçən mövsüm Avropada 1000-dən çox matç oynandığını (290 oyun Çempionlar Liqasında), 615 oyun Avropa Liqasında və 30 oyun Avro-2012-də) və bu matçlarda əlavə hakimlərin tətbiqindən müsbət nəticə əldə etdiklərini söyləyib. Kollina matçlarda 5 hakim tətbiqinə davam edilə biləcəyini də deyib.


Xəbər 1167 dəfə oxundu.