Bakının “Azərreyl” klubu beynəlxalq turnirdə gücünü sınayıb
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Türkiyədə beynəlxalq turnirdə iştirak edib.

Komandamız qrup mərhələsində “Qalatasaray” və “PTT Spor”a 0:3 hesabı ilə uduzub. Bakı təmsilçisi beşinci yer uğrunda görüşdə “Çan Genclik Kale Spor” komandası ilə qarşılaşıb. Rəqibinə 3:0 hesabı ilə məğlub olan “Azərreyl” 6 komandanın çıxış etdiyi turnirdə sonuncu olub.

Turnirin qalibi adını “Qalatasaray” klubu qazanıb.

Xəbər 644 dəfə oxundu.