Növbəti iki həftə ərzində Formula 1-in yeni təqvimi dəqiqləşəcək
Növbəti iki həftə ərzində Formula 1 üzrə dünya çempionatının cari mövsümünün növbəti mərhələlərinin tarixi və yerləri açıqlanacaq.

Bu barədə Formula 1-in yarış direktoru Maykl Masi “Sky Sports”a müsahibəsində bildirib.

O, növbəti iki həftədə təqvimin dəqiqləşəcəyini və bəzi sürprizlərin olacağını bildirib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dəyişdirilən təqvim yalnız noyabradək tərtib edilib. Formula 1 rəhbərliyi mövsümü dekabrda bitirməyi planlaşdırır.

Xəbər 607 dəfə oxundu.