Qadınlar ərlərinə Bekhemlə dönük çıxmaq istəyirlər
İngiltərə yığmasının keçmiş kapitanı, hazırda MLS klubu «Los Anceles Qalaksi»nin yarımmüdafiəçisi Devid Bekhem özünə, xüsusilə də xarici görünüşünə olan münasibətin yeni etiraflarını alıb. Amerikada keçirilən sorğuda qadınlar öz ərlərinə idmançılar arasında daha çox müğənni Viktoriya Bekhemin həyat yoldaşı ilə dönük çıxmaq istədiklərini bildiriblər.

Sorğunu böyüklər üçün bir internet saytı keçirib. Həmin sayt istifadəçilərinə nigahdan kənar əlaqələr təşkil edir. Sorğuda 13500 qadın iştirak edib.
Nəticədə «Hansı idmançı ilə ərinizə dönük çıxardınız?» sualının cavabında 43,1 faiz məhz Devid Bekhemin adını çəkib. İkinci yeri Amerika futbolunda yer alan Tim Tiboudur. Onun səs faizi 19,5 faizdir. Madrid «Real»ının və Portuqaliya yığmasının lideri Kriştianu Ronaldu cəmisi 11 faizlə kifayətlənməli olub.

İdman.com.az saytının məlumatına görə, reytinqin autsayderləri 7 faizlə məşhur qolf ustası Tayger Vuds və basketbolçu Kris Hamfrisdir.


Xəbər 942 dəfə oxundu.