Respublika Stadionunun 60 illiyi qeyd ediləcək
Bu il Tofiq Bəhramov adına Respublika Stadionunun 60 illiyi tamam olacaq. Bu barədə www.idman.com.az saytına məlumat verən stadionun direktoru Akif İsmayılov bildirib. A.İsmayılov qeyd edib ki, stadionun yubileyi sentyabr ayına planlaşdırılır: “Bu barədə Gənclər və İdman Nazirliyi ilə məsləhətləşmələr aparılır. Nazir Azad Rəhimovun tapşırığı ilə tədbirlər planı üzərində iş gedir”.

Qeyd edək ki, respublikamızın ən böyük idman qurğusu olan bu stadion 1951-ci il sentyabrın 16-da istifadəyə verilib.

Respublikamız müstəqillik qazandıqdan sonra stadiona dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun adı verilib.

Tamaşaçı tutumu 30 min nəfər olan arena son illərdə təmir olunub və beynəlxalq standartlara uyğunlaşdırılıb.

Xəbər 2668 dəfə oxundu.