Millimizin üzvü İsveçrə klubuna icarəyə verilib
İngiltərənin “Vulverhempton” futbol klubu yığmamızın üzvü Renat Dadaşovu icarəyə göndərib.

21 yaşlı forvard İsveçrənin “Qrasshoppers” klubuna keçib. Birinci divizion təmsilçisi R.Dadaşovla birillik icarə müqaviləsi imzalayıb.

Qeyd edək ki, futbolçu 2019-cu ilin avqustunda keçdiyi “Vulverhempton”la 4 illik müqavilə imzalayıb.

Xəbər 537 dəfə oxundu.