Şahmat Olimpiadası: Azərbaycan komandası növbəti qələbəsini İspaniya yığması üzərində qazanıb
Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası yeddinci tur çərçivəsində İspaniya yığması ilə üz-üzə gəlib.

Heyətində Teymur Rəcəbov, Rauf Məmmədov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevanın mübarizə apardığı komandamız İspaniya yığmasını 4:2 hesabla məğlubiyyətə uğradıb. Bu qələbə sayəsində Azərbaycan 5-ci yerdən 3-cü yerə yüksəlib.

Yığmamız digər görüşlərini Norveç və Fransa komandalarına qarşı keçirəcək.


Xəbər 605 dəfə oxundu.