Ümumdünya Şahmat Olimpiadasının top divizionunda altı turun oyunları keçirilib
Ümumdünya Şahmat Olimpiadasının top divizionunda 6 turun oyunları keçirilib.

Yekun nəticələrə görə, Azərbaycan komandasının mübarizə apardığı B qrupunda Macarıstan (10 xal), Ukrayna və Qazaxıstan (hərəyə 9 xal) yığmaları ilk 3 yerdə qərarlaşıb. Azərbaycan komandası isə 8 xalla beşinci sıradadır. Digər qrupların oyunlarına gəldikdə Çin (12 xal), Hindistan (11 xal), Almaniya (9 xal) A, Rusiya (12 xal), Ermənistan (10 xal), Rumıniya (8 xal) C, ABŞ (8 xal), Yunanıstan (7 xal), Polşa (6 xal) D qrupunda ilk 3 yerdə qərarlaşıb.
Avqustun 23-də top divizionun son turlarının oyunları keçiriləcək.

Xəbər 576 dəfə oxundu.