Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan komandası liderliyini davam etdirir
Ümumdünya Şahmat Olimpiadasının top-divizionunda mübarizə aparan Azərbaycan komandası avqustun 22-də ikinci görüşünü keçirib.

Slovakiya yığması ilə qarşılaşan yığmamız 5:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bundan əvvəl şahmatçılarımız Ukrayna yığmasına 2,5:3,5 hesabı ilə məğlub olublar. Ötən gün keçirilmiş 3 turda komandamız Niderland, Macarıstan və Cənubi Afrika Respublikasının yığmalarını məğlub edib. Azərbaycan komandası hazırda 8 xalla liderliyini davam etdirir.
Komandamız sonuncu oyununu bu gün Qazaxıstan yığmasına qarşı keçirəcək.

Xəbər 652 dəfə oxundu.