Millimizin futbolçusu rəmzi komandada yer alıb
Ukraynanın "Dnepr" klubunun yetirməsi olan ən yaxşı futbolçulardan ibarət rəmzi komanda bəlli olub.

Siyahıda Ukraynanın "Aleksandriya" klubunda çıxış edən Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev də yer alıb. Otuz iki yaşlı oyunçu "Dnepr"in yetişdiyi ən yaxşı sol cinah müdafiəçisi hesab edilib.

Futbolçu 2017-ci ildən "Aleksandriya"da çıxış edir. O, 16 yaşında "Dnepr"in akademiyasına keçib.

P.Paşeyev 2008 - 2014-cü illərdə əsas komandada 24 matça çıxıb və bu müddət ərzində müxtəlif klublara icarəyə verilib.

Xəbər 717 dəfə oxundu.