Futbol çempionatının ilk turunun açılış oyunu “Keşlə”nin qələbəsi ilə bitib
Bu gün Azərbaycan Premyer Liqasında 2020/2021-ci il mövsümünə start verilib. Bununla da çempionatdakı COVID-19 pandemiyasına görə mart ayından başlayan 165 günlük fasilə bitib.

İlk oyun günündə keçirilməsi planlaşdırılan 2 matçdan 1-i başa çatıb.

Çempionatda ilk turun açılış görüşündə ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sumqayıt” komandası “Keşlə”ni qəbul edib. “Kapital Bank Arenada” hakim Elçin Məsiyevin idarə etdiyi matç 1:0 hesabı ilə “Keşlə”nin xeyrinə yekunlaşıb.

Xəbər 714 dəfə oxundu.