Həmid Altuntop 15 iyulu gözləyəcək
Madrid «Real»ının baş məşqçisi Joze Maurinyu, aralarında türk futbolçu Həmid Altuntop da olmaqla, 4 futbolçu ilə xüsusi bir görüş keçirməyi planlaşdırır. «Marca»nın xəbərinə görə, «Xetafe»də oynayacaq olan Pedro Leonun vəziyyəti dəqiqləşməsinə baxmayaraq, hələ qeyri-müəyyənliyi qoruyan Lass Diarra, Qaqo, Karvalyo və Həmid Altuntopla baş məşqçi iyulun 15-də görüşəcək.

İdman.com.az saytının məlumatına görə, «Real»ın hazırda heyətində 24 futbolçu var. Bu heyətə Xesus və Moratanın da daxil olacağı düşünülərək və yeni ediləcək 2 transferə də yer açmaq üçün portuqaliyalı mütəxəssisin adı çəkilən 4 futbolçunu razılaşaraq göndərmək istədiyi iddia edilir.

İspan klubuyla 4-illik müqavilə müddət hələ duran Pedro Leon hələ bir il də «Xetafe»də icarədə olacaq. Ötən mövsüm «Roma»da icarədə olmuş Qaqoyla bağlı İtaliya paytaxtından yeni bir təklif gəlmədiyi üçün onun Madridə dönməsi də bu futbolçunun göndərilməsinə səbəb olacaq.
Qalan 3 futbolçunun da vəziyyətləri çox fərqli görünmür. Həmid, Diarra və Karvalyonun da müqavilələri hələ davam edir.

Karvalyunun müqaviləsi keçən il yenilənsə də, bu il ona komandada yer olmadığı deyiləcəyi iddia edilir. Digər yandan Maurinyu ilə anlaşılmazlığı olan Diarranın da komandadan göndəriləcəyi qəti görünür. Bütün mövsüm boyunca özünə heyətdə yer tapa bilməyən Həmid Altuntopun da istənilməyənlər siyahısında olduğu iddia edilir.

Xəbər 1242 dəfə oxundu.