Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan komandası ilk günün oyunlarını inamlı qələbə ilə başa vurub
Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası ilk günün yarışlarını uğurla başa vurub.

Cənubi Afrika Respublikasının yığmasına qarşı son oyununu keçirən komandamız daha bir inamlı qələbə qazanıb (5,5:0,5).

Qeyd edək ki, bu gün şahmatçılarımız ilk qarşılaşmada Niderland yığmasını 3,5:2,5, Macarıstan komandasını isə 5:1 hesabı ilə məğlub ediblər. Komandamıza qələbə xallarını Teymur Rəcəbov, Rauf Məmmədov, Günay Məmmədzadə, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Qədir Hüseynov, Aydın Süleymanlı, Gülnar Məmmədova, Vüqar Əsədli və Türkan Məmmədyarova qazandırıblar.

Sabah yığmamız Slovakiya, Qazaxıstan, İspaniya komandaları ilə mübarizə aparacaq.

Xəbər 708 dəfə oxundu.