“Williams” komandası “Dorilton Capital” investisiya şirkətinə satılıb
Formula 1 üzrə dünya çempionatının iştirakçısı “Williams” komandası Amerika investisiya şirkəti “Dorilton Capital”a satılıb.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi razılaşmanın onlara maddi cəhətdən kömək edəcəyinə və 2021-ci ildə qüvvəyə minəcək Formula 1 müqaviləsi çərçivəsində daha uğurla çıxış etməyə imkan verəcəyinə ümid bəsləyir.

“Williams” cari çempionatda bir xal belə qazana bilməyən yeganə komandadır. Komanda 1970-ci ildən Formula 1-də çıxış edir və indiyə qədər 750 Qran-Pridə iştirak edib. “Williams” komandası Konstruktorlar Kubokunda 9 dəfə qələbə qazanıb. Klubun pilotları isə fərdi yarışlarda 7 dəfə qalib olublar.

Xəbər 711 dəfə oxundu.