Elmar Babanlı: Cüdoçularımız Avropa çempionatına hazırlığı davam etdirirlər
Noyabrda Praqada keçiriləcək Avropa çempionatında cüdoçularımız da iştirak edəcəklər. Qitə çempionatı Tokio Olimpiadasına lisenziya xarakteri daşıdığına görə, cüdoçularımız üçün çox önəmlidir. Yığma komandamız bu mötəbər yarışa hazırlığını davam etdirir. Məşqlər, hələlik açıq havada keçirilir.

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı müsahibəsində bildirib.

E.Babanlı Avropa çempionatında iştirak edəcək komandanın heyətinin müəyyənləşdiriləcəyini bildirib. O deyib ki, milli komandanın qarşıdakı yarışlara yüksək səviyyədə hazırlaşması üçün Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası tərəfindən lazımi şərait yaradılır.

AZƏRTAC

Xəbər 764 dəfə oxundu.