Formula 3: Sofiya Flerş Belçika Qran-Prisində iştirak etməyəcək
Formula 3-ün yeganə qadın təmsilçisi Sofiya Flerş avqustun 28-dən 30-dək Belçikanın “Spa-Frankorşam” trasında keçiriləcək növbəti mərhələdə iştirak etməyəcək.

Almaniyalı pilot bu həftə sonu Fransanın “Pol Rikar” trasında keçiriləcək “European Le Mans Series” mövsümünün üçüncü mərhələsində mübarizə aparacaq.

S.Flerş Formula 3 mərhələləri ilə üst-üstə düşdüyü üçün artıq “European Le Mans Series” mövsümünün iki yarışını buraxmalı olub. “Richard Mille Racing” komandası isə S.Flerşin yarışda iştirak etməsini istəyir. Bu, “24 saat Le-Man”dan əvvəl yürüşdə iştirak etmək üçün son fürsət olacaq. “Spa-Frankorşam” trasında keçiriləcək yarışda S.Flerşi kimin əvəz edəcəyi hələ məlum deyil.

Bu mövsüm almaniyalı pilot bir xal belə qazanmayıb. O, fərdi yarışda 29-cu yeri tutur.

Xəbər 722 dəfə oxundu.