“Neftçi”nin sabiq futbolçusu Yunanıstan klubu ilə müqavilə imzalayıb
Bakının “Neftçi” futbol klubundan ayrılan Vangelis Platellasın yeni komandası bəlli olub.

Yunanıstanlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Otuz iki yaşlı futbolçu AEL klubu ilə ikiillik müqavilə imzalayıb.

Qeyd edək ki, V.Platellas 2019-2020-ci il mövsümündə “Neftçi”də çıxış edib.

Xəbər 735 dəfə oxundu.