Yattara «Mersin İdmanyurdu»nda
Transferi xeyli uzanan keçmiş «Trabzonspor»lu İbrahim Yattara, nəhayət ki, «Mersin İdmanyurdu» ilə 1 illik müqavilə imzalayıb. İdman.com.az saytının məlumatına görə, 32 yaşlı qvineyalı 2003 və 2011-ci illər arasında «Trabzonspor»da oynayıb. O, 2011-2012-ci illər mövsümündə Səudiyyə Ərəbistanının «Əl Şabab» klubuna transfer edilmişdi.

«Bursaspor»la razılığı əldən edəndən sonra Yattara tibbi müayinədən də keçmişdi. Lakin sonradan menecerlərinin problem yaratması səbəbiylə transferi müşkülə düşmüşdü.
Həftə sonu tələsik İstanbula yollanan futbolçu, nəhayət ki, rəsmi müqaviləyə qolunu qoyub.

Xəbər 958 dəfə oxundu.