MBA: “Mayami Hit” klubu “İndiana Peysers”ə qalib gəlib
Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsində mübarizə davam edir.

Mərhələ çərçivəsində “İndiana Peysers” klubu “Mayami Hit”lə qarşılaşıb.

Orlandoda keçirilən görüşə İndiana basketbolçuları daha yaxşı başlayaraq birinci hissəni üstün başa vurublar – 24:22. Sonradan üstünlüyü ələ alan Mayami kollektivi böyük fasiləyə öndə yollanıb – 51:46. Digər hissələrdə də inamlı təsir bağışlayan “Mayami Hit” yekunda 109:100 hesabı ilə qələbə qazanıb.

Oyunun ən yaxşısı Dunkan Robinson olub. “Mayami Hit”in basketbolçusu 24 xal, 2 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 772 dəfə oxundu.