“Qarabağ” klubunun müdafiəçisi icarə əsasında “Keşlə”nin şərəfini qoruyacaq
Bakının “Keşlə” futbol klubu növbəti transferini reallaşdırıb.

Paytaxt təmsilçisi “Qarabağ”ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb. İyirmi yaşlı futbolçu mövsümün sonunadək “Keşlə”nin idman şərəfini qoruyacaq. R.Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 9 matçda meydana çıxıb.

Qeyd edək ki, “Keşlə” yay fasiləsində, həmçinin Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə, Dmitri Klots, Silvio Rodrigez Perreyra Junior, Kamal Bayramov və Artur Batista de Souzanı heyətinə qatıb.

Xəbər 671 dəfə oxundu.