“Sumqayıt” futbol klubu “Sabah”ın müdafiəçisini icarəyə götürüb
Ölkəmizi ilk dəfə UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Sonuncu mövsümdə icarə əsasında Albaniyanın “Bylis” klubunda çıxış edən, lakin “Sabah”a məxsus olan mərkəz müdafiəçisi Eltun Turabov ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Sumqayıt”da bir il müddətinə icarə əsasında çıxış edəcək 23 yaşlı futbolçu 33 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, “Sumqayıt” bundan əvvəl Tellur Mütəllimov, Elvin Məmmədov, Əli Qurbani, Kərəm Sultanov və Adəm Həmatini də transfer edib.

Xəbər 672 dəfə oxundu.