İsveçrə millisinin sabiq qapıçısı karyerasını bitirib
Futbol üzrə İsveçrə millisinin sabiq qapıçısı Dieqo Benalyo karyerasını bitirib.

36 yaşlı qapıçı yerli mətbuata açıqlamasında bu barədə məlumat verib.

Sonuncu klubu “Monako” olan Benalyo karyerası ərzində “Ştutqart” və “Volfsburq” kimi komandalarda forma geyinib.

2006-cı ildə İsveçrə millisində debüt edən qapıçı yığmada 61 oyun keçirib.

Xəbər 781 dəfə oxundu.