Azərbaycan futbolçusu Latviya Birinci Liqasında növbəti oyununu keçirib
Futbol üzrə Latviya Birinci Liqasında 8-ci turun görüşləri keçirilib.

Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi “Super Nova” klubu da növbəti oyununa çıxıb. Komanda səfərdə lider “Lokomotiv” (Dauqavpils) ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Start heyətdə meydana çıxan V.Əsgərov 39-cu dəqiqədə sarı vərəqə alıb, 42-ci dəqiqədə isə əvəzlənib.

Xəbər 604 dəfə oxundu.