Formula 1 İtaliya Qran-Prisində tribunalar boş qalmayacaq
Formula 1 İtaliya Qran-Prisi tamaşaçısız keçiriləcək. Monzadakı tribunaların boş qalmaması üçün yarış təşkilatçıları “Face For Fan” xeyriyyə aksiyasına başlayıblar.

Azarkeşlər ya milli bayrağın rənglərində, ya da Monza və ya Formula 1 rəmzləri ilə bir avatar seçə və şəkillərini yükləyə bilərlər. Həmin şəkillər karton üzərində çap edilərək əsas tribunada, yaxud “Parabolica” döngəsi hissəsində tribunalarda müəyyən məbləğ müqabilində stendə yerləşdiriləcək. Aksiyada iştirakın minimal qiyməti 40 avrodur.

Toplanmış vəsait bir sıra xəstəliklərdən müalicə məqsədləri üçün istifadə ediləcək.

Xəbər 653 dəfə oxundu.