Formula 3: David Şumaxer “Charouz Racing” komandasından ayrılıb
Formula 3-ün pilotu David Şumaxer “Charouz Racing” komandasından ayrıldığını bildirib.

Sabiq Formula 1 pilotu Ralf Şumaxerin oğlu bu addımının səbəbini açıqlamayıb. O, yaxın zamanda gələcək planları barədə danışacağını vəd edib.

Formula 3-ün hazırkı mövsümündə D.Şumaxer bir xal belə qazana bilməyib. O, fərdi yarışda 23-cüdür.

Xəbər 675 dəfə oxundu.